Sülh müqaviləsi yalnız bu şərtlə imzalanan bilər – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanbackend

Sülh müqaviləsi yalnız bu şərtlə imzalanan bilər – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə bağlı müqavilənin müddəaları hər iki tərəfin təhlükəsizlik ehtiyaclarını və gözləntilərini ödəyərsə, imzalanacaq.

Editor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib Onun sözlərinə görə, məsələlər razılaşdırılarsa və danışıqlar üçün möhkəm təməl yaradılarsa, kompromis mümkündür.

Ərdoğan Cənubi Afrikaya uçan təyyarədə jurnalistlərə bildirib ki, “Plan tərəflərin qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını yeni qeyri-sabitlik yaratmadan ödəyərsə, razılaşma mümkün olacaq. Bütün tərəfləri qane edən bir çərçivə yaradılarsa, bu, uzunmüddətli razılaşma üçün yol aça bilər.” Türkiyə lideri həmçinin vurğulayıb ki, Ankara danışıqlar prosesini asanlaşdırmağa hazırdır.

//Samir Qurbanov, Editor.az