“Sülh müqaviləsinə gedən yolda Rusiyanın təhriki ilə qarşıdurma baş verə bilər”- AÇIQLAMAbackend

“Sülh müqaviləsinə gedən yolda Rusiyanın təhriki ilə qarşıdurma baş verə bilər”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş naziri Nikol Paşinyan son beynəlxalq tədbirdəki açıqlamasında Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini və rəsmi Bakının da Ermənistanın 29,8 min kvadratkilometr ərazisini tanıdığı ilə bağlı açıq bəyanat verdi. Bununla da İrəvanın mövqeyi məlum oldu”.

Bu fikirləri Editor.az-a politoloq Samir Hümbətov Qarabağdakı qondarma rejimin “liderləri” Samvel Babayan və Ruben Vardanyanın “yeni müharibəyə hazırlıq” çağırışları ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qarabağda yaşayan separatçı qrup liderlərinin səsləndirdiyi fikirlərdə müəyyən gərginliyin mövcud olduğu görünür:

“Lakin böyük miqyasda qarşıdurmanın olacağı ehtimal edilmir. Çünki artıq Azərbaycan-Ermənistan şərti dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi qurulub və buradan silah-sursat, hərbi texnika daşıya bilmirlər. Buna görə də kifayət qədər silaha malik deyillər. Baş verən hər hansı təxribat da onların əleyhinə işləyəcək “.

Politoloqun fikrincə, qarşıdakı günlərdə Ermənistandan gələn hərbiçilərin də geri qaytarılması prosesi baş tutacaq:

“Bu “liderlər” qeyd etdikləri kimi “yeni cəbhə” yaratsalar belə heç bir ciddi təsiri olmayacaq. Erməni əsilli vətəndaşlar da bilir ki, Azərbaycanın icazəsi olmadan onların hər hansı bu kimi hərəkətləri reallaşdırmaq imkanları yoxdur. Çünki artıq Laçın yolunda nəzarət-buraxılış məntəqəsi bərpa edilib. Fikrimcə, sülh müqaviləsinə gedən yolda Rusiyanın təhriki ilə qarşıdurma baş tuta bilər. Lakin böyük miqyasda olacağını düşünmürəm. Bu, müəyyən çaplı əməliyyat kimi də dəyərləndirilə bilər “.

//Safura Bənnayeva, Editor.az