“Sülh müqaviləsini uzatmağa hesablanan addımlar Ermənistanda baş verən müxtəlif siyasi oyunların nəticəsidir”- AÇIQLAMAbackend

“Sülh müqaviləsini uzatmağa hesablanan addımlar Ermənistanda baş verən müxtəlif siyasi oyunların nəticəsidir”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan 2020-ci ildə əldə etdiyi qələbə ilə regionda ədaləti təkbaşına bərpa etdi. 30 ilə yaxın idi davam edən danışıqlarda Azərbaycan dövləti hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olub. Bununla yanaşı, sülh əldə edilmədiyi halda hərb yolu ilə torpaqlarımızı işğaldan azad etməklə bağlı xəbərdarlıqlar edilib. Ermənistanın siyasi rəhbərliyi havadarlarına güvənərək Azərbaycanın müharibədən çəkinəcəyini düşünürdü. Vətən müharibəsi isə bütün dünyaya Azərbaycanın gücünü göstərdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Millət vəkili bildirib ki, prezident İlham Əliyevin son zamanlar Avropada ən çox arzuolunan şəxs olması ilə bağlı müxtəlif Avropa ölkələrinin rəhbərlərinin səsləndirdiyi fikirlər hər kəsə bəllidir:

“Burada Azərbaycan Prezidentinin həyata keçirdiyi hərtərəfli siyasətin və Avropada iqtisadi, eyni zamanda diplomatik hadisələrdə birbaşa iştirakı xüsusi rol oynayır. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət bütün lazımlı sahələri əhatə edir və tam uğurludur. Ona görə də müxtəlif dairələrin ölkəmizə qarşı çirkli kampaniya aparmasına baxmayaraq Azərbaycan Avropa üçün vacib tərəfdaşdır. Bu amil Azərbaycanın xeyrinə işləyir. Fikir versək, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də vasitəçilikdə və qəti nəticələrin əldə edilməsində çox maraqlıdır. Azərbaycanın Avropanın enerji təhlükəsiziyində rolu burada xüsusi əhəmiyyət kəsb edir”.

Ş. İsmayılovun sözlərinə görə, sülh müqaviləsinə mane olan proseslərdən biri də Ermənistanda siyasi idarəetmənin uğursuzluğudur:

“Dövlət öz əhalisini düzgün şəkildə maarifləndirə bilmir. Sülh müqaviləsinin imzalanması təbii ki, Ermənistan hakimiyyəti və xalqı üçün də çox vacibdir. Bununla blokadada olan və regionda heç bir nüfuzu olmayan Ermənistan öz iqtisadiyyatının inkişafı üşün şans əldə edəcək. 44 günlük müharibədən sonra da bir neçə dəfə düşmən əks hücum əməliyyatı ilə susdurulub. Onlar Azərbaycan ordusunun gücünə yaxşı bələddir. Sülh müqaviləsini uzatmağa hesablanan addımlar Ermənistanda baş verən müxtəlif siyasi oyunların nəticəsidir. Hadisələrin gedişatı onu göstərir ki, sülh müqaviləsinin imzalanması uzaqda deyil. Qaldı ki, Ermənistan tərəfinin sülhə mane olan təxribatlarına, bu təxribatların qarşısı alınacaq. Azərbaycan Ordusu düşmənin istənilən təxribatına cavab olaraq onların ordusunu darmadağın etmən gücündədir. Məlum olduğu kimi, Vətən müharibəsində düşmənin ordusunun artıq onurğa sütunu qırılıb”.

//Gülnarə Abasova, Editor.az