Sülh müqaviləsinin imzalanmasına mane olan əsas SƏBƏBLƏR: “Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi…”backend

Sülh müqaviləsinin imzalanmasına mane olan əsas SƏBƏBLƏR: “Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Laçın dəhlizi ilə bağlı son situasiyaya münasibət bildirib. Qaluzin vəziyyətin gərginləşməsinin təsirlərindən danışıb.

 “Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsinin üzərində işləmək prosesini çətinləşdirir”, – nazir müavini söyləyib.

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Editor.az-a bildirib ki, Qaluzinin fikirləri Azərbaycandan daha çox Rusiya və Ermənistanın mövqeyini ifadə edir

“Çünki bu vəziyyəti elə məhz Ermənistan və Rusiya sülhməramlıları yaradıb. Onlar Azərbaycan təbii sərvətlərini vəhşicəsinə talan etməsəydilər,  bu hadisə baş verməzdi. Digər tərəfdən sülh müqaviləsinin imzalanmasınının qarşısını alan təkcə Laçında baş verən hadisələr deyil. Əsas maneə Ermənistanın buna hazır olmaması və müqaviləni imza etməkdən imtina etməsidir. Laçında baş verən hadisələrdən erməni tərəfi həm də sülh müqaviləsinin imzalanmaması istiqamətində istifadə edir. Laçın hadisələrinə qədər artıq regionda heç kim Paşinyanın söz verdiyi müddətdə müqavilənin imzalanmasına ümid bəsləmirdi. Dekabrda baş verməli görüşün Ermənistan tərəfindən pozulması bunun sübutudur. Rəsmi İrəvan son zamanlar baş verən hadisələr burulğanının içində ilişib qalıb və hansı tərəfə hərəkət edəcəyini bilmir”.

//Gülnarə Abasova, Editor.az