“Sülh müqaviləsinin imzalanmasına yaxınıq”-Millət vəkili ŞƏRH EDİRbackend

“Sülh müqaviləsinin imzalanmasına yaxınıq”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh müqaviləsi məsələsi hazırda daha çox Ermənistandan asılıdır”.

Bu sözləri Editor.az-a Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışarkən millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan ən qısa müddətdə sülh müqaviləsinin imzalanması üçün çalışır:

“Biz davamlı olaraq müxtəlif platformalarda və görüşlərdə bu məsələni qaldırırıq. Hesab edirəm ki, hazırda bu məsələyə görə məsuliyyəti Ermənistan daşıyır və biz Ermənistandan sülh müqaviləsinin imzalanması üçün real addımlar atmasını gözləyirik. Ermənistan rəsmilərinin son açıqlamaları, atdıqları addımları onu söyləməyə əsas verir ki, Ermənistan da bu məsələdə son vaxtlar müsbət mesajlar verir. Bu səbəbdən də hazırda sülh müqaviləsinin imzalanmasına yaxınıq.

Lakin Ermənistanın hər zaman prosesləri pozduğunu da göz ardı etməməliyik”.

//Səbinə Hüseynli, Editor.az