Sülh sazişi layihələri hazırlanıb: “Ermənistan artıq başa düşdü ki…”- AÇIQLAMAbackend

Sülh sazişi layihələri hazırlanıb: “Ermənistan artıq başa düşdü ki…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın davam edən təxribatları sülh sazişinin imzalanmasına mane ola bilməyəcək. Artıq həm ABŞ, həm də Avropa İttifaqı və Rusiya konkret sülh sazişi layihələrini hazırlayıblar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov söyləyib.


Onun fikirlərinə görə, Ermənistan nə qədər çalışsa da arzusunda olduğu dəstəyi ala bilmədi: “Sentyabr ayına qədər baş verən təxribatlar sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməyə xidmət edirdi. Amma nəticə Ermənistan üçün ağır oldu. Sonuncu təxribatdan sonra Ermənistan hakimiyyəti anladı ki, bu əməllər heç bir nəticə verməyəcək. Buna görə də Avropa İttifaqı missiyasının Ermənistan ərazisinə gətirmək məsələsini qaldırdılar.
Baxmayaraq ki, müxtəlif təxribatlar hələ də davam edir, amma bunların heç bir nəticəsi olmayacaq. Yaxın vaxtlarda Avropa İttifaqının missiyası fəaliyyətə başlayacaq. Noyabr ayının sonlarına qədər Avropa İttifaqı sülh sazişini imzalatmaq əzmindədir”.

A.Səmədovun fikrincə, ABŞ həm Avropa İttifaqını dəstəkləyir, həm də özü sülh sazişi üzərində işləyir:

“Eyni zamanda, Rusiya da sazişi təqdim edib. Bu vasitəçilərin hansının hazırladığı layihənin qəbul olunacağını tezliklə görəcəyik. Güman ki, Azərbaycanı qane edən layihə qəbul olunacaq. Ermənistanın sülh sazişinin imzalanması məsələsini uzatmağa çalışdığını düşünmürəm. Çünki Ermənistan da başa düşdü ki, Qarabağ məsələsi sülh sazişinə salınmamalıdır. Bundan sonra da hər hansı ciddi mübahisəli məsələ qalmır. Sazişin imzalanmasına mane olan Qarabağ məsələsi idi. Bu məsələ isə artıq çoxdan öz həllini tapıb”.
 
//Safura Bənnayeva, Editor.az