“Hazırda Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün kifayət qədər imkan var. Əgər Ermənistan bunu bir fürsətə çevirərsə, sülh reallaşa bilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, Amerikada prezident seçkiləri, prezident Makronun siyasi zəifləməsi və Avropa Parlamenti daxilində baş verən proseslər fonunda Azərbaycanla Ermənistan arasında baş tutan danışıqlara müəyyən dərəcədə təsir edə biləcək qüvvələrin imkanlarının azaldığı bir dövrdür:
“Ancaq sülh üçün mümkün şəraitin yarandığı bu situasiyada əsas öhdəlik Ermənistanın üzərinə düşür. Çünki Ermənistan sülh müqaviləsinin imzalanması üçün müəyyən prosedurlar həyata keçirməlidir. Bunun da içərisində Konstitusiya dəyişikliyi xüsusi əhəmiyyət daşıyır. Əgər bu dəyişiklik olmazsa, sülh mümkün deyil. Hazırda rəsmi İrəvan ilk öncə Konstitusiya dəyişikliyinə getməli, daha sonra Azərbaycanın beynəlxalq hüquqa əsaslanan digər tələblərini yerinə yetirməlidir. Əgər Ermənistan bunlara əməl edərsə, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər sülh baş tuta bilər”.
//Gülnarə Abasova, Editor.az

