Sülhə mane olan nədir?-Daxili və xarici səbəblər- ŞƏRHbackend

Sülhə mane olan nədir?-Daxili və xarici səbəblər- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh müqaviləsini ləngidən səbəblər iki formada cərəyan edir. Azərbaycanın yaratdığı yeni reallıqlar artıq bəllidir. Sülh müqaviləsinin imzalanıb- imzalanmamasından asılı olmayaraq ölkəmiz hədəflərini, məqsədlərini demək olar ki, həyata keçirdib və keçirdəcək. Ancaq regionda sabitliyin tam bərpası üçün sülh müqaviləsi imzalanmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.


O bildirib ki, sülhü ləngidən amillərə həm daxili, həm də xarici səbəblər aiddir:

“Ermənistan daxilində bəzi qüvvələr var ki, onlar sülhün əldə edilməsini istəmirlər. Həmin qüvvələrin əsas hədəfi bölgədə gərginliyin qalmasıdır. Yəni, sülh onların əsas məqsədlərinə mane olur. Xarici amillərə gəldikdə isə regiona üçüncü qüvvələrin təsiridir. Belə ki, hər iki tərəf sülh prosesini vasitəçisiz həyata keçirtməlidir. Bu, xarici qüvvələrə sərf etmir. Çünki Cənubi Qafqazda maraqları olan dövlətlər çoxdur və hər birinin öz planları var. Bu dövlətlərin maraqları həm mənfi həm də müsbət mənada bölünür. Məsələn, Türkiyə açıq şəkildə bildirir ki, sülh müqaviləsi imzalanmalı və bölgəyə sülh gəlməlidir. Çünki qardaş ölkə sülhün həm də Ermənistanı düşdüyü vəziyyətdən çıxardacağını bilir. Ancaq ABŞ, Rusiya, İran, Fransa və digər dövlətlər özlərini Ermənistanın dostu kimi göstərsələr də onu dibə sürükləyirlər. Bu ölkələrin maraqları nə Ermənistan, nə də Azərbaycanla üst-üstə düşmür. Bu baxımdan sülhə mane olmağa çalışırlar”.

//Gülnarə Abasova, Editor.az