“Sülhə vasitəçi olmaq istəyən tərəflər məsələyə qərəzsiz və tərəfsiz yanaşmalıdır”- Millət vəkilindən ŞƏRHbackend

“Sülhə vasitəçi olmaq istəyən tərəflər məsələyə qərəzsiz və tərəfsiz yanaşmalıdır”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalamaqdan başqa alternativi yoxdur. Amma əsas məsələ sülh müqaviləsinin harada və nə vaxt imzalanması ilə bağlıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatan ilk gündən sülh müqaviləsinin ilə bağlı Ermənistana müraciət edib:

“Ermənistan isə bu üç ildə konstruktivlik nümayiş etdirmədi və bu sənədin imzalanmasından müxtəlif bəhanələr gətirərək boyun qaçırtdı. Bu gün isə Azərbaycan Qarabağda öz suveren hüquqlarını bərpa edib və sülh müqaviləsinin imzalanması üçün bir mane qalmadığını hesab edir. Ermənistan isə buna razı olduğunu bildirsə də Azərbaycanla görüşlərdən çəkinir və təşəbbüs göstərilən platformalarda iştirak etmir. Məsələn, biz Gürcüstanda sülh müqaviləsi ilə bağlı görüşün keçirilməsini təklif etsək də Ermənistandan hələ də bir cavab gəlməyib. O cümlədən, Rusiyanın təşəbbüsü ilə bu gün Bişkekdə görüş nəzərdə tutulsa da Ermənistan bu görüşdən imtina etdi. Belə ki, Ermənistan Fransanın razılığı olmadan heç bir addın ata bilmir. İndi isə Paşinyan Brüsseldə görüşün keçirilməsinin razılaşdırılmasından danışır”.

Millət vəkili onu da diqqətə çatdırıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı görüşün keçirməsini təşəbbüs göstərənlər məsələyə qərəzsiz və tərəfsiz yanaşmalıdır:

“Belə olan halda Azərbaycan bütün görüşlərdə iştirak edir və danışıqların aparılmasına hazırdır. Sülh müqaviləsinin qısa bir zamanda imzalanması üçün ciddi bir mane yoxdur. Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında öz şərtlərini irəli sürüb. Ermənistanın mane kimi gördüyü Qarabağdakı ermənilərin hüquq və təhlükəsizlik məsələləri isə öz həllini tapıb. Prosesin tezləşməsi Ermənistanın konstruktiv və beynəlxalq hüquq normalarına uyğun məsələyə yanaşmasından aslıdır. Bu gün sülh müqaviləsinin imzalanması Ermənistana hamıdan daha çox lazımdır. Ona görə də ağıllarını başına yığıb ayıq başla məsələlərə yanaşsınlar”.

//Gülnarə Abasova, Editor.az