Sülhməramlılar bu dəfə Xocalıda aksiya keçirdilərbackend

Sülhməramlılar bu dəfə Xocalıda aksiya keçirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 10-na olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları Şuşa – Qırmızı Bazar – Qacar marşrutu boyunca bir karvanın müşayiət olunmasını təmin etdilər” – açıqlamada deyilir.

Nazirliyin məlumatına görə, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Rusiya Humanitar Missiyası ilə birlikdə Xocalı rayonunun Pircamal kəndində humanitar aksiya keçirib və bu müddət ərzində sakinlərə zəruri əşyalar, tibbi avadanlıqlar və qida məhsulları təhvil verilib:

“Humanitar yükün ümumi çəkisi 1,2 tondan çox idi.

Humanitar aksiya zamanı rus sülhməramlıları Rusiya Humanitar Missiyası adından qatlanan çarpayıları, yorğanları, yastıqları, qaz sobaları və digər əşyaları Pircamal qəsəbəsində yaşayan 15 böyük ailəyə və məcburi köçkünə verdilər.

Ailələrə kömək etməklə yanaşı, bir tonometr, nəbz ölçən cihaz, qan qlükoza ölçən cihaz, termometrlər və digər tibbi əşyalar kəndin tibb mərkəzinə təhvil verilib”.

Qeyd olunub ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları “Dağlıq Qarabağ” ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər.

“Gün ərzində 7 bina yoxlanılıb, 11 hektar ərazi, 5 km yol təmizlənib, 9 partlayıcı maddə aşkar edilib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1957 hektar ərazi, 602 km yol, 1691 yaşayış evi, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 482 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, – deyə Rusiya MN-dən bildirilb./Modern.az

Loading...