“Sülhməramlılar etirazçılara təzyiq göstərməyə davam edir”- Aksiya iştirakçısı DANIŞDI- FOTObackend

“Sülhməramlılar etirazçılara təzyiq göstərməyə davam edir”- Aksiya iştirakçısı DANIŞDI- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının üzvləri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.

Editor.az aksiya iştirakçılarından Diaspor İnformasiya Mərkəzinin (DİM) sədri Toğrul Allahverdili ilə əlaqə saxlayıb.

Aksiya iştirakçısı bildirib ki, etirazçılar səhər saatlarından Xankəndi-Şuşa yolundadır:

” Məqsəd Azərbaycan Qarabağ iqtisadi rayonu ərazisində baş verən ekoloji terror və Azərbaycan mədənlərinin qanunsuz istismarı və talanması ilə bağlı etirazlar etməkdir. Lakin səhər saat 8-dən  bizim öz ərazilərimizə buraxılaraq monitorinq  aparmağımıza icazə verilmir. Bundan dolayı aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər”.

T. Allahverdilinin sözlərinə görə, Volkov əvəzinə rus polkovniklərindən biri etirazçılarla danışığa gəlib:

” Volkovun başı yəqin ki, erməni dostlarına qarışıb. Bizim üstümüzə göndərdiyi polkovnik də içkili vəziyyətdə idi. Bizə isə Volkovun özü lazımdir. Qorxusundan qabağımıza çıxa bilmir. Görünən odur ki, sülhməramlılar bura sülhü qorumağa deyil,  erməni şərikləri ilə biznes qurmağa gəlib.  Mədənlərimiz sülhməramlıların gözü qarşısında talanır. Bizim burdan getmək fikrimiz yoxdur, lazım olarsa həftələrlə burda qalacağıq. Onlar bizə postu keçməyə icazə verməlidir ki, ekoloqlarımız orada monitorinq aparsınlar. Təəssüf ki, adlarını sülhməramlı qoyan bu hərbiçilər üzərimizə silahla gəlirlər, bizə təzyiq göstərirlər. Siz kimsiz ki, bizim öz torpağımızda bizə silah çəkirsiz? Artıq bizdə səbr qalmayıb. Sosial media istifadəçilərindən xahiş edirik ki, hadisələri xarici dildə yaysınlar”.

//Gülnarə Abasova, Editor.az