“Sülhməramlılar özbaşına fəaliyyətlərinin işıqlandırılmasından qorxurlar”-ŞƏRHbackend

“Sülhməramlılar özbaşına fəaliyyətlərinin işıqlandırılmasından qorxurlar”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dekabrın 7-də Xocalıda monitorinq aparmaq, vəziyyəti işıqlandırmaq üçün gedən Azərbaycan media nümayəndələri Rusiya sülhməramlıları tərəfindən əraziyə buraxılmadı. Bunun da əsas səbəbləri var”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, Rusiyanın “sülhməramlıları” Azərbaycan mediasının çəkiliş aparmasını öz fəaliyyətlərinə problem yaradacağını  düşünürlər: “Çünki onlar iki ilə yaxın müddətdə qanunsuz hərəkət ediblər. Həmin ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz formada istismar edilməsi onların erməni təxribatçılarına dəstək  olmasının göstəricisidir. Digər tərəfdən isə Xocalı ərazisində sülhməramlılarının imkanı və Rusiyanın dəstəyi ilə erməni terrorçularına məxsus hərbi baza və ya başqa hərbiləşdirilmiş obyektlər ola bilər ki, bunun işıqlandırılmasından çəkinirlər. Bu kimi addımlarla özbaşına fəaliyyətlərini ortaya  qoymuş olurlar. Təkcə Rusiya sülhməramlılarının komandanlığı tərəfindən deyil, eyni zamanda, Kreml administrasiyası tərəfindən gələn göstəriş əsasında media nümayəndələri həmin əraziyə buraxılmadı. Azərbaycan bu məsələ ilə bağlı ciddi tədbir görməlidir. Müvafiq qurumlara nota verilməlidir. Sülhməramlıların narahatlığının bir çox səbəbləri var. Qorxurlar ki, Azərbaycan nümayəndə heyəti Qarabağda erməni əsilli vətəndaşlarla təmasları artırsa, nəticədə onların ərazilərimizdə fəaliyyətinə ehtiyac qalmayacaq”.

//Safura Bənnayeva, Editor.az