Sülhməramlılar Qarabağda Azərbaycanla birgə 14 post yaratdıbackend

Sülhməramlılar Qarabağda Azərbaycanla birgə 14 post yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingenti qan tökülməsinə yol verməmək, təhlükəsizliyi təmin etmək və dinc əhaliyə qarşı humanitar hüquq normalarına riayət etmək məqsədilə Dağlıq Qarabağ ərazisində öz vəzifəsinin icrasını davam etdirir. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə sülhməramlıların 9 oktyabr tarixli məlumat bülletenində deyilir.

Xəbərdə qeyd olunur ki, əsasən, Dağlıq Qarabağın silahlı birləşmələrinin təhvil verdikləri hərbi sursat, silah, hərbi və xüsusi texnika anbarları qorunur.

Belə ki, “Şimal” (7 post) və “Cənub” (18 post) məsuliyyət zonalarında 25 keşikçi postu var,  onlardan 14-ü Azərbaycan tərəfilə birgə fəaliyyət göstərir.

Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağın yaşayış məntəqələrinə elektrik və qaz təchizatının bərpası üzrə işlər davam edir.