Sülhməramlılara aid daha 7 avtomobil Laçın yolundan keçib – FOTObackend

Sülhməramlılara aid daha 7 avtomobil Laçın yolundan keçib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanı maneəsiz keçid edib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. 7 maşından ibarət karvan Xankəndinə maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 77 gündür davam edir.