“Sülhməramlılara xəbərdarlıq edildi- Əgər onlar bu xəbərdarlığa məhəl qoymasalar…”backend

“Sülhməramlılara xəbərdarlıq edildi- Əgər onlar bu xəbərdarlığa məhəl qoymasalar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı qüvvələrinin dislokasiya olduqları Azərbaycan ərazilərində erməni separatizminə şərait yaratmaları 10 noyabr bəyannaməsindən irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi də rəsmi şəkildə rus sülhməramlılarına xəbərdarlıq etdi. Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması rus sülhməramlı qüvvələrin yerinə yetirmək istəmədiyi əsas prinsipdir. Çünki bu baş verərsə, sülhməramlıların həmin ərazilərdə missiyası başa çatmış olacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti artıq
“sülhməramlılıq” missiyası ilə üstə-üstə düşmür:

“Əgər Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığından sonra da sülhməramlılar öz mandatlarına uyğun hərəkət etməsələr, Azərbaycan mütləq şəkildə onların ərazilərimizdən çıxarılmasını tələb etməlidir. Rusiya tərəfi bu şərtlərə əməl etməsə, Azərbaycan erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlara başlamalıdır. Qarabağda proseslər artıq getdikcə gərginləşir”.

//Gülnarə Abasova, Editor.az