Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər – FOTObackend

Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Xankəndidən Laçın istiqamətinə üç minik, iki təminat və bir media avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.