Sülhməramlıların qaçqınları süni şəkildə yerləşdirmək hüququ yoxdur- Deputatdan Açıqlamabackend

Sülhməramlıların qaçqınları süni şəkildə yerləşdirmək hüququ yoxdur- Deputatdan Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Qaçqınların köçürülməsi 10 noyabrda imzalanmş üçtərəfli razılığa əsasən BMT-nin qaçqınlarla işləyən müvafiq qurumları tərəfindən yerinə yetirilməlidir. Sülhməramlıların qaçqın və köçkünlərin təhlükəsizliyini təmin edilməsi funksiyası var. Onların qaçqınları süni şəkildə yerləşdirmə hüququ yoxdur’’.

Bu sözləri Editor.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, sülhməramlılar qayıtmaq istəyən şəxslərin təhlükəsizliyinə təminat verən bir qüvvə kimi çıxış etməlidir: ‘’Son vaxtlar erməniləri narahat edən məsələrdən biri də, vaxtilə Qarabağ və ətraf rayonlarda 30 il bundan öncə qeydiyyatda olan şəxslərin yenidən ora qayıtması məsələsidir. Onlar çalışırlar ki,  ermənilərin köçürülməsi məsələsində hansısa bir formada sayı artırsınlar və gələcəkdə  hər bir millətin öz müqəddəratını həll etmə prinsipinə yenidən qayıtsınlar. Lakin nə qədər bu rəqəm şişirdilsə də, balans pozulmaq üzrədir və azərbaycanlılar da həmin ərazilərə qayıdacaqlar. Sülhməramlı qüvvələr də onların qaytarılması ilə deyil, təhlükəsizliyi ilə məşğul olmalıdırlar’’.

 

Gülnarə Abasova, Editor.az