Sülhməramlıların Qarabağdakı daha üç postu bağlandıbackend

Sülhməramlıların Qarabağdakı daha üç postu bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri Əsgəran, Şuşa və Ağdərədə keçmiş təmas xətti boyunca daha üç müvəqqəti müşahidə məntəqələrini bağlayıb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dünən də Rusiya MN adıçəkilən ərazilərdə müşahidə postlarını bağladığını açıqlamışdı.