Sumı faciəsi: Donald Tramp rusların “səhv” etdiyini düşünür, Avropa isə “Rusiyaya qatillər rəhbərlik edir” deyirbackend

Sumı faciəsi: Donald Tramp rusların “səhv” etdiyini düşünür, Avropa isə “Rusiyaya qatillər rəhbərlik edir” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Sumıyə hücumu şərh edərkən bildirib ki, ona Rusiyanın “səhv etdiyini” deyiblər. “Mən bunun dəhşətli olduğunu düşündüm. Və mənə dedilər ki, onlar səhv ediblər”, – o, jurnalistlərə deyib.

Rusiyanın “səhv” etdiyini deyərkən nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq üçün suala Tramp belə cavab verib: “Düşünürəm ki, belə olub – gedin, siz onlardan soruşun”. Bununla belə, Tramp konkret olaraq kiminlə danışdığını açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Sumiyə hücumu şərh etmişdi. Onun sözlərinə görə, ABŞ Rusiyanın Sumiyə dəhşətli raket hücumu qurbanlarına dərin hüznlə başsağlığı verir. “Bu, prezident Tramp və onun administrasiyasının bu müharibəni bitirmək və davamlı sülh əldə etmək üçün nə üçün bu qədər vaxt və səy sərf etdiyini xatırladan faciəli bir xatırlatmadır” – o, deyib.

Öz növbəsində Avropa liderləri də bu hücuma o qədər də təmkinli reaksiya verməyiblər. Onlar emosional bəyanatlarında rusları böyük pravoslav bayramı günü Ukrayna vətəndaşlarını qətlə yetirməkdə qınayıblar. Xüsusən də Çexiyanın xarici işlər naziri birbaşa bildirib ki, Rusiyaya qatillər rəhbərlik edir.

//Samir Qurbanov, Editor.az