Sumı rayonunda bir kəndin sakinləri əkin sahələrində dolaşan 29 rusiyalı əsgər barədə polisə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları antiterror hərəkatının üzvləri ilə birlikdə onları saxlayıblar.
Bu barədə Editor.az-ın “Ukarainskaya Pravda”ya istinadən verdiyi məlumat görə, əsirlər xəritəyə uyğun olaraq sərhədə doğru hərəkət etdiklərini iddia ediblər.
İşğalçılar hüquq-mühafizə orqanlarına təhvil verilib. Burada onların Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdikləri bütün cinayət hallarına aydınlıq gətiriləcək.

