Sumı şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıbbackend

Sumı şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumı vilayətinin hərbi administrasiyası Telegram-da məlumat yayıb ki, bu gecə, martın 13-də Sumı şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Administrasiya iddia edir ki, hücum nəticəsində yaşayış binasında partlayış baş verib. O, evin qismən dağıldığını göstərən dağıntının fotosunu yerləşdirib. Hələlik itkilər barədə məlumat verilmir.

Dünən, martın 12-də Ukrayna prezidenti Volodimir Zelenski Krivoy Roqda çoxmərtəbəli binanın atəşə tutulduğunu bildirib. Dnepropetrovsk vilayəti administrasiyasının rəhbəri Sergey Lısak Telegram-da bildirib ki, şəhərə hücum nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb.Ukrayna prezidenti hücumların nəticələrini şərh edərkən bildirib ki, Kiyev bu hücumlara görə, adekvat cavab verəcək.

//Samir Qurbanov, Editor.az