Sumı vilayəti boşaldılır – vilayətin regional hərbi administrasiyasının rəhbəribackend

Sumı vilayəti boşaldılır – vilayətin regional hərbi administrasiyasının rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Sumı vilayətinin regional hərbi administrasiyasının rəhbəri Vladimir Artyux minlərlə insanın sərhəd bölgəsindən təxliyə edildiyini açıqlayıb.

Editor.az bildirir Vladimir Artyux bunu Ukrayna milli telemarafonunun efirində deyib: “Mən indicə Sumı vilayətinin beş icmasının 23 yaşayış məntəqəsinin məcburi boşaldılması haqqında sərəncam imzaladım”. O əlavə edib ki, evini tərk etməli olan 6 min nəfərdən 425-i uşaqdır.

Region Rusiyanın Bryansk, Kursk və Belqorod vilayətləri ilə həmsərhəddir. Bundan əvvəl, avqustun 6-da Kursk vilayəti Ukraynadan kütləvi hücuma məruz qalıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimov Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini 1 min civarında qiymətləndirib. Onun sözlərinə görə, əməliyyatın məqsədi Sudjanski rayonunu ələ keçirməkdir.

///Samir Qurbanov, Editor.az