Ukraynanın Sumı vilayətinin administrasiyası Yunakivska və Miropolska icmalarının səkkiz yaşayış məntəqəsindən sakinlərin məcburi təxliyə edildiyini açıqlayıb.
Ümumilikdə rayondan 543 nəfər, o cümlədən uşaqlar təxliyə ediləcək. “Regionda əməliyyat vəziyyətinin pisləşməsi ilə əlaqədar… əhalinin məcburi təxliyəsi barədə qərar qəbul edilib”, – hakimiyyət sosial şəbəkələrdə bildirib.
Sumı vilayəti Rusiyanın Kursk, Belqorod və Bryansk vilayətləri ilə sərhəddə yerləşir. Rayon mərkəzi Sumı şəhəri dövlət sərhədindən 30 km aralıdadır. Sumıdan həm də şəhəri Rusiya Sudjası ilə birləşdirən magistral yol keçir. Martın 12-də Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinlə söhbətində bəyan edib ki, Rusiya ordusu Kursk vilayəti ilə həmsərhəd bölgəyə daxil olub. “Bəzi rayonlarda rus bölmələri dövlət sərhədini keçərək Sumı vilayətinə giriblər. Bundan sonra prezident Rusiya sərhədi yaxınlığında “sanitariya zonası” yaratmaq barədə düşünməyi təklif edib.
//Samir Qurbanov, Editor.az

