Avqustun 6-da Ukrayna müdafiə qüvvələri Sumı vilayətində rusların bir ballistik raketini, iki PUA və bir helikopterini məhv edib.
Regional administrasiya vurulan düşmən helikopterinin modelini açıqlamayıb. Daha sonra ukraynalı hərbi jurnalist, “1+1” müxbiri Andrey Tsaplienko Telegram-da vurulan helikopterin fotosunu nümayiş etdirib.
Xatırladaq ki, avqustun 6-da Rusiya Federasiyasının Kursk vilayətinin Sumı vilayəti ilə sərhədində döyüşlər olub. İşğalçılar iddia edirlər ki, Ukrayna hərbçiləri tank və zirehli maşınlarla Rusiya ərazisinə soxulublar.
//Samir Qurbanov, Editor.az