Sumqayıtda 19 yaşlı şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilirbackend

Sumqayıtda 19 yaşlı şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlunun nəşi ailəsinə təhvil verilib.

“Report”un xəbərinə görə, 19 yaşlı şəhidimiz nəşi yaşadığı ünvana – Sumqayıt şəhərindəki 42-ci məhəlləyə gətirilib.

Vida mərasimində şəhidimizin yaxınları ilə yanaşı, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidimiz Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.