Sumqayıtda 66 yaşlı kişi TUTULDU – Çimərlikdə qadınların…backend

Sumqayıtda 66 yaşlı kişi TUTULDU – Çimərlikdə qadınların…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən Editor.az-a bildirilib.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.