Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDUbackend

Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəraitdə yanaraq ölən şəxsin kimliyi məlum olub.

Editor.az “Report”a istinadən xəbər verir ki, KIA markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində KIA markalı, 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan bir nəfər yanaraq külə dönüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.