Sumqayıtda bina girişində 36 yaşlı kişi meyiti tapıldıbackend

Sumqayıtda bina girişində 36 yaşlı kişi meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıtda bina girişində kişi meyiti tapılıb.
Editor.az “Report”a istinadən xəbər verir ki, şəhərin 3-cü mikrorayonunda yerləşən binanın girişində bir nəfərin ölməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub.
Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olduğu müəyyənləşib. Şəxsin qəbul etdiyi narkotik maddənin təsirindən dünyasını dəyişdiyi bildirilir.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.