Sumqayıtda kafedə baş verən mübahisə ölümlə sonlandı: Saxlanılan varbackend

Sumqayıtda kafedə baş verən mübahisə ölümlə sonlandı: Saxlanılan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 29 yaşlı gənc qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 9-da saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nüsrət Həsənəlili iş üzrə şübhəli şəxs qismində tutulub.