Sumqayıtda kişi sevgilisinin uşaqlarını döydü – FOTObackend

Sumqayıtda kişi sevgilisinin uşaqlarını döydü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, azyaşlıların döyülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində hazırda istintaq aparılır.

İyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Həmin məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal ailənin faktiki yaşadığı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Eyni zamanda məsələ ilə əlaqədar qurum tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət ünvanlanıb.