Sumqayıtda kollecin yataqxanası yanır, zərərçəkənlər varbackend

Sumqayıtda kollecin yataqxanası yanır, zərərçəkənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

“Report”un xəbərinə görə, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri və təcili yardım cəlb olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, yataqxana binasında baş verən yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.