Sumqayıtda maşınla vurulan qazi Bakıya özəl klinikaya KÖÇÜRÜLÜBbackend

Sumqayıtda maşınla vurulan qazi Bakıya özəl klinikaya KÖÇÜRÜLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qazi Rəşad Poladov özəl tibb müəssisəsinə köçürülüb.

Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, 17.05.2025-ci il tarixində saat 14:10 radələrində yol qəzasında xəsarət alan 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.

Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 3:40 radələrində sözügedən şəxs Bakıya özəl tibb müəssisəsinə təxliyə olunub.