Sumqayıt şəhərində mübahisə qanla bitib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 21-ci məhəllə ərazisində qeydə alınıb.
İlkin məlumata görə, tərəflər arasında baş verən mübahisə zamanı 1988-ci il təvəllüdlü Bəkirov Anar Xaləddin oğlu bıçaqlanıb. Eyni zamanda 1999-cu il təvəllüdlü İsmayılov Rəvan Tofiq oğlunun baş nahiyəsinə daşla zərbələr endirilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

