Sumqayıtda nənə iki yaşlı nəvəsinə işgəncə verdi – FOTObackend

Sumqayıtda nənə iki yaşlı nəvəsinə işgəncə verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda körpə nənəsi tərəfindən döyülüb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, uşağın iki yaşı var:

“Nənəsinin fiziki işgəncələrinə məruz qalıb. O, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə  xəstəxanada nəzarətdə qalıb”.

K.Ağazadə dövlət qurumlarına müraciət edib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, həmin nənədə daha iki uşaq var. Uşaqların anası bir müddət öncə dünyasını dəyişib”.