Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub, o, saxlanılıb.
Editor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.
O qeyd edib ki, həmin qadın P.M. (ad, soy adı şərti) Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

