Sumqayıtda yanan tikilinin narkomanlar üçün reabilitasiya mərkəzi olduğu məlum olub.
“Report”un Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tədbirlər həyata keçirir.
Sumqayıtda tikilidə yanğın başlayıb.
Editor.az “Report”a istinadla xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yaxınlığında tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən “Report”a fakt təsdiqlənib. Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.