Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetiribbackend

Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib.

Hadisə Corat qəsəbəsində qeydə alınıb. Sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü İsgəndərova Nuridə Eldar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.