Sumqayıtda tanınmış iş adamı vəfat edibbackend

Sumqayıtda tanınmış iş adamı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib.

Editor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.

Belə ki, iş adamı insultdan vəfat edib.

Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1970-ci ildə Sumqayıt şəhərinə köçüb.

O, iş adamı kimi bir çox xeyriyyə işlərində iştirak edib.

1995-ci ildə Yeni Yaşma ərazisində yerləşən məscid onun təşəbbüsü ilə inşa olunub.

M.Nəcəfovun bu və digər sosial layihələrdəki fəaliyyəti şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.