Sumqayıtda tanışını güllələyənin işi məhkəmədəbackend

Sumqayıtda tanışını güllələyənin işi məhkəmədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda adam öldürməyə cəhddə təqsirli bilinən Loğman Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbuhi Hüseynovin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il oktyabrın 15-də, saat 09 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Natiq Çələbiyevin odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Sumqayıt şəhər sakini Loğman Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yalçın Səlimovu öldürmək məqsədilə ov tüfəngindən atəş açıb, lakin sonuncunun qaçması səbəbindən həmin vaxt orada olan tanışı Natiq Çələbiyevin atəş nəticəsində çoxsaylı xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Loğman Ağayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.