Sumqayıtda yanan zavoddan yeni görüntülər – YENİLƏNİR + VİDEObackend

Sumqayıtda yanan zavoddan yeni görüntülər – YENİLƏNİR + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğının yeni görüntüləri yayılıb.

Oxu.az “Azərsun Holding”in yağ-qida zavodundakı yanğının yeni görüntüləri təqdim edir:

18:25

“Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

17:59

Sumqayıtda yerləşən zavodların birində yanğın başlayıb.

Bu barədə Bakupost məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun kənarında yerləşən iri zavodlardan birində başlayan yanğın hələ də davam edir.