Sumqayıtda yataqxanada yanğın: Bir nəfər təxliyyə edilibbackend

Sumqayıtda yataqxanada yanğın: Bir nəfər təxliyyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda yataqxanada yanğın hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğın şəhərin Heydər Əliyev prospekti, 18-ci məhəllədə qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yerləşən 3 saylı üçmərtəbəli yataqxananın eyvanı yanıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Yanğın əraziyə cəlb edilən yanğından mühafizə idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə zamanı binada olan 1983-cü il təvəllüdlü E.Həsənov təxliyə edilib.