Sunak britaniyalı deputatların təhdidlər aldığını bildiribbackend

Sunak britaniyalı deputatların təhdidlər aldığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, ölkə millət vəkilləri İsrail və HƏMAS arasında gedən müharibə səbəbindən təhdidlər alıb, buna görə də hakimiyyət deputatların təhlükəsizliyini maliyyələşdirməyə qərar verib.

Editor.az bu barədə Reuters agentliyinə istinadla yazır. “Mafiya idarəçiliyinin demokratik idarəetməni əvəz etdiyinə dair artan konsensus var. Və biz hamımız birlikdə bunu təcili olaraq dəyişdirməliyik”, – Sunak bildirib. Onun sözlərinə görə, söhbət İsraildəki müharibə səbəbindən şəxsi təhdidlər alan deputatlara qarşı tədbirlərin gücləndirilməsindən gedir.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ və Böyük Britaniyanın üsyançı husilər Ənsar Allah hərəkatının Yəməndəki mövqelərinə hücumlarının tamamilə qeyri-qanuni və BMT Nizamnaməsinə zidd olduğunu bildirmişdi. Onun sözlərinə görə, ABŞ və İngiltərə Qırmızı dənizdə gəmiləri qorumaq bəhanəsi ilə Yəmənlə müharibəyə başlayıb və indi region dövlətlərini bu münaqişəyə sürükləməyə çalışırlar.

//Gülnarə Abasova, Editor.az