Sunak: London İranı regional təhlükəsizliyə təhdid kimi tanıyırbackend

Sunak: London İranı regional təhlükəsizliyə təhdid kimi tanıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Rişi Sunak İranın İsrailə qarşı cavab təhdidlərini qəbuledilməz adlandırıb.

Editor.az  report-a istinadən xəbər verir ki, bu barədə “Evening Standard” qəzeti məlumat yayıb.

“İrandan gələn təhdidlər qəbuledilməzdir və biz də amerikalılar kimi İsrailin onlara qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyirik”, – Sunak deyib.

Britaniyanın baş naziri həmçinin qeyd edib ki, London İranı regional təhlükəsizliyə əhəmiyyətli təhdid kimi tanıyır və krallıq İran kəşfiyyat xidmətlərinin fəaliyyəti ilə mübarizə aparır.