ABŞ-ın vitse-prezidenti Harris süni intellektin yaratdığı riskləri “ekzistensial risklər” kimi qiymətləndirib və risklərlə mübarizə üçün qlobal tədbirlər görməyə çağırış edib. Harris bir ölkədə inkişaf etdirilən süni intellektin milyardlarla insanın həyatına təsir edə biləcəyinə də diqqət çəkib.
Editor.az “Haber Globala” a istinadən xəbər verir ki, süni intellektin tibb, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə kimi sahələrdə əhəmiyyətli potensiala malik olduğunu ifadə edən Harris bildirir ki, süni intellektin fayda vermə potensialı olduğu kimi, zərər vermə potensialı da var.
O, kiber hücumlara diqqət çəkərək indiyə qədər gördüklərimizdən çox-çox daha riskli olduqlarını qeyd edir. Həmçinin o, bioloji silahlar milyonlarla insanın həyatını təhlükəyə ata biləcəyini bildirib.
Süni intellektin insan həyatına mənfi təsirinə toxunan Harris risklərə qarşı qlobal tədbirlərə çağırış edib :
“Süni intellekt alqoritmi səbəbiylə səhv müalicəyə başlayan yaşlı bir insan üçün bu, ekzistensial risk deyilmi? Bu, bir qadının partnyoru tərəfindən uyğunsuz fotolarla təhdid edilməsi üçün ekzistensial risk deyilmi? Üzün tanınması sistemindəki süni intellektin səhvinə görə həbs olunan insan ekzistensial risk deyilmi ?”.
Süni zəkanın yaratdığı təhdidlərə hər baxımdan toxunulması lazım olduğuna diqqət çəkən Harris süni intellektin hər kəs üçün təhlükəsiz olması lazım olduğunu vurğulayıb.
//Mehin Vəliyeva, Editor.az

