Super Liqa klubunda 50-yə yaxın yoluxma faktı – İstanbula uçuş ləğv olundubackend

Super Liqa klubunda 50-yə yaxın yoluxma faktı – İstanbula uçuş ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Antalyaspor” klubunda koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Bu barədə Super Liqa təmsilçisi məlumat yayıb.

Konkret say və adlar açıqlanmasa da, əsas və əvəzedici komanda futbolçuları, eyni zamanda məşqçilər korpusu daxil olmaqla ümumilikdə 50-yə yaxın adamın koronavirus testinin pozitiv çıxdığı bildirilib. Bu səbəbdən Super Liqanın 2-ci turunda “Beşiktaş”la səfərdə üz-üzə gəlməli olan “Antalyaspor”un İstanbula uçuşu ləğv olunub.

Qeyd edək ki, “Beşiktaş” – “Antalyaspor” matçı sentyabrın 19-da keçirilməlidir.

//Apasport.az