Şanxayda bir kişi supermarketə gələnlərə bıçaqla hücum edib.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Sinxua” agentliyi məlumat yayıb. Nəticədə 3 nəfər həlak olub. Daha 15 müştəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sonqjiang rayon polisi hadisə yerinə gedib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 18 nəfəri yaralayan 37 yaşlı kişini saxlayıb. Sonradan məlum olub ki, saxlanılan şəxsin maddi problemləri olub və bunun fonunda qəzəbini çıxarmaq qərarına gəlib.
//Samir Qurbanov, Editor.az