Bosniya və Herseqovinanın şimal-qərbində, Sanski Most şəhərində məktəb işçisi həmkarlarına atəş açıb. Üç nəfər ölüb. Atıcı özü intihara cəhd etsə də, sağ qalıb.
Polis onu ağır vəziyyətdə xəstəxanaya çatdırıb. Polis sözçüsü bildirib ki, atəş açan şəxs hərbi tipli avtomat tüfənglə silahlanıb. Onun qurbanları məktəb direktoru, katibi və müəllimi olub. Tətil olduğu üçün məktəbdə uşaq olmayıb.
Polis atəş açan şəxsin kimliyini müəyyən edib: o, məktəbdə xadimə işləyirmiş. N1 telekanalı, məktəb işçilərinə istinadən süpürgəçinin rəhbərliklə münaqişəsi olduğunu bildirib. O, həmçinin posttravmatik stress pozğunluğundan əziyyət çəkib.
//Samir Qurbanov, Editor.az