Sürətlə aparılan bərpa işləri vətəndaşlarımızın tezliklə öz yurd-yuvalarına qayıdacağından xəbər verir-Millət vəkilibackend

“Sürətlə aparılan bərpa işləri vətəndaşlarımızın tezliklə öz yurd-yuvalarına qayıdacağından xəbər verir “-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Hadrut qəsəbəsinin azad edilməsi düşmən üzərində tarixi qələbəmizin təmin olunmasında başlıca rol oynadı. Şuşaya gedən Zəfər yolunun məhz bu ərazidən başlaması qəsəbənin böyük strateji əhəmiyyətindən xəbər verir. Ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə etdiyi səfər çərçivəsində sakinlərlə görüşündə məhz bu istiqamətdə bir çox məsələlərə toxunub”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki,  Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyatlar nəticəsində mümkün olub:

” İlk növbədə ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüldükdən sonra faktiki olaraq nəzarət bizim əlimizə keçdi. Qəsəbənin işğaldan azad edilməsi qaçılmaz idi. Hadrut Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu ərazilər təbii şəraitinə, iqtisadi, turizm və kənd təsərrüfatı potensialına görə əhəmiyyətlidir.  Cənab Prezident Hadruta səfəri zamanı qarşıda duran bir sıra vacib məsələlərə, xüsusilə qəsəbənin işğaldan azad edilməsindən sonra abadlaşdırılmasına, vətəndaşların rahat yaşayışının təmin edilməsi üçün yeni infrastruktur layihələrin həyata keçirilməsinə böyük önəm verildiyini  diqqətə çatdırıb.  İşğaldan azad olunmuş digər ərazilər kimi Hadrutun da  sürətlə inkişaf etdiriləcəyinə şübhə yoxdur. Çünki strateji mövqeyə və iqtisadi potensialına görə Azərbaycan iqtisadiyyatına gələcəkdə mühüm töhfələr verəcək . İşğaldan azad olunmuş rayonların sürətlə bərpa edilməsi tezliklə sakinlərin öz doğma yurd- yuvalarına qayıdacaqlarına böyük inam yaradır.

//Gülnarə Abasova, Editor.az