ABŞ prezidenti Donald Tramp İrana qarşı “sürətli və qətiyyətli” hücum etmək niyyətini açıqlayıb.
“NBC News” xəbər verir ki, Tramp öz niyyətləri barədə milli təhlükəsizlik müşavirlərini məlumatlandırıb, lakin planları ona yaxın olanlar arasında şübhə doğurub. Müşavirlər bildiriblər ki, ABŞ-nin zərbəsi İran rejimini məhv edə bilməyəcək, Amerika qüvvələri isə İranın cavab zərbəsinə qarşı çıxmaq üçün kifayət etməyəcək ki, bu da müttəfiqləri Qətər və İsrailə də təsir göstərə bilər.
Nəşr qeyd edir ki, Oval Ofisin hazırkı sahibi uzunmüddətli hərbi münaqişənin qarşısını almaq üçün Tehrana qarşı məhdud əməliyyat başlada bilər.
Daha əvvəl media orqanları ABŞ-ın İrana qarşı haker hücumu həyata keçirə biləcəyi barədə məlumat vermişdi.
//Samir Qurbanov, Editor.az

