Sürətli bahalaşma, artan gediş haqqı və daha nələr-nələr… – Sosial dəstəyin artırılması insanları inflyasiyanın təsirlərindən qoruya biləcəkmi?backend

Sürətli bahalaşma, artan gediş haqqı və daha nələr-nələr… – Sosial dəstəyin artırılması insanları inflyasiyanın təsirlərindən qoruya biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi bu ildən artıq sosial müavinətlər, bütün növ pensiyalar, bir çox sahələrdə maaşlar artıb. Ancaq bununla birlikdə marketlərdə od tutub yanan qiymətlər, nəqliyyat vasitələrində gediş haqqının artması əhalinin sosial vəziyyətini pisləşdirir.  Maraqlıdır, hökumətin bu ilki artım siyasəti ölkədəki inflyasiya qarşısında aztəminatlı insanları qorumağa kifayət edəcəkmi? Çünki digər tərəfdən, bahalaşma fonunda süni qiymət artımı da ailələrin büdcəsinə mənfi təsir göstərir.

Məsələ ilə bağlı Editor.aza fikirlərini bölüşən iqtisadçı alim, Sabiq millət vəkili Nazim Bəydəmirli bildirib ki, dövlət büdcəsi hamını əhatə edə bilməz :

“Ancaq indiki vəziyyətdə dövlətin başlıca vəzifəsi büdcədən maliyyələşən insanları inflyasiyadan və bahalaşmanın fəsadlarından qorumaqdır. Son  iki ildə Azərbaycanda qiymət artımı astronomik həddə çatıb. Keçən ilin sonralarında Baş nazir Əli Əsədov İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıq olduğunun və bu situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə hallarının baş verdiyini qeyd etmişdi. Belə ki, 60 faizin fonunda belə 10-15 faiz müavinət, pensiya, əmək haqqı artımı vətəndaşa kifayət edə bilməz. Eynilə, müxtəlif tariflər artır və artımın zəncirvari qiymət  artımına gətirib çıxardacağı heç kəsdə şübhə doğurmur. Bu baxımdan şirkətlərin metro, avtobus, nəqliyyatın daşınma xərclərinin guya artdığı ilə bağlı əsassız iddialarını nəzərə alaraq Tarif Şurası  gedişhaqqı qiymətlərini artırıb. Əhalinin mütləq əksəriyyətinin metro, avtobusdan istifadə etdiyini nəzərə alsaq, qiymət artımın böyük kütlənin büdcəsinə mənfi təsir edəcəyini deyə bilərik. Eyni zamanda, bu artım digər sahələrdə də qiymət artımına səbəb olacaq”.

Sabiq millət vəkili Azərbaycanda qiymət artımının qarşısını hansısa inzibati metodlarla almağım mümkün olmadığını diqqətə çəkib:

” Sadəcə hökumət vətəndaşlara daha çox qazanmağa şərait yaratmalıdır. Bunun da yolu ancaq rəqabətli mühitdən, sahibkarlığa dövlət dəstəyindən keçir. Ancaq ölkəmizdə inhisarçılıq, məmur sahibkarlığı həm də bir bəla olaraq Azərbaycan iqtisadiyyatında vətəndaşların daha çox gəlir əldə etməsi üçün qarşıya qoyulmuş böyük bir maneədir. Bu əngəli aşaraq aradan qaldırmaq hökumətin vəzifəsidir. Bir mənalı şəkildə dövlət vəzifələrində çalışanlar bunu bir fürsət olaraq şəxsi bizneslərini inkişaf etdirməkdə görürlər. Bu baxımdan həm də vətəndaşlar təmsilçi institutları özləri formalaşdıra bilmirlər. Beləliklə seçkili orqanlarda təmsil olunanlar əsassız süni qiymət artımına əksər hallarda haqq  qazandırır və heç zaman vətəndaşı düşünmür”.

//Gülnarə Abasova, Editor.az